Azərbaycan dilindəIn EnglishПо-русски
21Mb/s qədər
FAQ

3G nədir?

3G termini üçüncü nəsil şəbəkələrində mobil rabitə xidmətlərinin təsvir olunması üçün istifadə edilir ki, bunlar da daha geniş imkanları və İnternetə yüksək sürətli girişi və multimedia xidmətlərini təmin edir. Üçüncü nəsil mobil texnologiyaları (3G) ikinci nəsil (2G) texnologiyalarından daha böyük məlumat ötürmə sürəti ilə fərqlənir.


3G xidmətinə necə qoşula bilərəm?

Hər bir Azercell abonenti 2525 nömrəsinə 3G mətnli SMS göndərməklə (1 SMS-in qiyməti 1 qəpikdir) 3G texnologiyasına əsaslanan xidmətlərdən faydalana bilər, bir şərtlə ki, abonentin telefonu 3G şəbəkəsini dəstəkləməlidir. 3G əhatə dairəsində olan abonentdə həmin şəbəkəni dəstəkləyən telefon və ya modem varsa, abonent telefonunda həmin parametrin aktiv və ya deaktiv olduğunu yoxlamalıdır. Telefonda bunu «Şəbəkə parametrlərində» yoxlamaq olar. Bu zaman «İkili rejim»i (GSM/2G və 3G) seçmək labüddür. Bu funksiya abonentə avtomatik olaraq 2G və 3G şəbəkələri arasında keçid imkanı yaradır. Parametrlərlə əlaqədar hər hansı bir çətinlik yaranarsa, yardım üçün Azercell Müştəri Xidmətlərinə müraciət etmək olar. 3G əhatə dairəsini burada yoxlamaq olar: 3G Əhatə dairəsi.


3G texnologiyasının istismara verilməsi ilə hansı yeni xidmətlər və imkanlar yaranmışdır?

Üçüncü nəsil şəbəkəsinin istismara verilməsi ilə aşağıdakı xidmətlərdən istifadə etmək mümkün olmuşdur:

  • "Video-zəng" – videogörüntü mübadiləsi sayəsində telefon zəngi vaxtı həmsöhbəti görmək imkanı.
  • "Geniş zolaqlı İnternet" (Mobile broadband)" – daha yüksək sürətlə məlumatların ötürülməsi və İnternetə giriş: bu, EDGE-dən 30 dəfə, GPRS-dən isə 47 dəfə daha sürətlidir.
  • "Mobil televiziya" – televiziya proqramlarına, son xəbərlərə, maraqlı videosüjetlərə və musiqi kliplərinə birbaşa mobil telefonun ekranında baxmaq imkanı.
  • "Video-izləmə" – harada olduğunuzdan asılı olmayaraq mobil telefondan obyektləri, məkanları (ofis, ev, qaraj, məktəb və s.) izləmə imkanı. Bunun üçün sadəcə olaraq, istənilən məkanda quraşdırılmış 3G kameranın nömrəsinə zəng etmək kifayətdir.


Gündəlik həyatda 3G-nin faydası nədən ibarətdir?

  • Siz video-zəngin köməyi ilə yaxınlarınızla danışmaqla bərabər, həm də onları görə bilərsiniz.
  • Mobil telefondan başqa Azercell abonentlərinə yüksək sürətlə video göndərmək və ya İnternetə yükləmək.
  • Mobil telefonun köməyi ilə onlayn filmlərə və video çarxlara baxmaq və ya onları İnternetə və ya fayl mübadiləsi vasitələrinə yükləmək.
  • İnternetdən yüksək sürətlə musiqi və sizə lazım olan başqa məlumatları yükləmək.

Hər dəfə 3G şəbəkəsinin əhatə dairəsinə düşəndə öz mobil telefonumda 3G-ni aktivləşdirməliyəmmi?

Xeyr, əgər «İkili Rejim» seçmisinizsə, telefon avtomatik olaraq 2G şəbəkəsindən 3G şəbəkəsinə keçir.


3G şəbəkəsində Mobil İnternet tarifləri necə hesablanır?

3G-dən istifadə olunan zaman məlumat ötürmə xidmətlərinin qiyməti dəyişmir. 3G şəbəkəsində Mobil İnternetdən istifadə edərkən ötürülmüş/qəbul edilmiş 1MB məlumatın qiyməti sizin istifadə etdiyiniz tarifdən və ya əldə etdiyiniz Mobil İnternet paketindən asılı olaraq müəyyən edilir. Ətraflı məlumat burada: Mobil İnternet paketləri.


3G şəbəkəsində məlumatlar hansı sürətlə ötürülür?

Azercell 3G şəbəkəsində 21 Mbit/s-yə qədər məlumat ötürmə sürəti nəzərdə tutulmuşdur.


Telefonumun 3G xidmətini dəstəkləyib-dəstəkləmədiyini necə öyrənə bilərəm?

3G şəbəkəsi 2525 nömrəsinə 3G mətnli SMS göndərən bütün Azercell abonentləri üçün açıqdır. Telefonunuzu 3G şəbəkəsində qeydiyyatdan keçirmək üçün telefonu “İkili Rejim”ə keçirmək lazımdır.

Bunun üçün telefonunuzun menyusunda avtomatik şəbəkə seçimi rejimi olmalı və ya şəbəkənin istifadə olunması prioriteti göstərilməlidir (menyu parametrləri müxtəlif mobil telefon modellərində fərqlənə bilər).

Məsələn, bəzi NOKIA telefonlarında menyuda «parametrlər»-> «telefon»-> «şəbəkə tipi» bölməsinə daxil olmaq və «ikili rejimi» seçmək lazımdır. Bəzi SAMSUNG modelləri üçün menyuda «parametrlər»-> «şəbəkə»-> «şəbəkə rejimi» bölməsinə daxil olmaq və «avtomatik» rejimi seçmək lazımdır. Windows Mobile əsasında çalışan telefonlar üçün aşağıdakı prosedurları yerinə yetirmək lazımdır: «Start»-> «parametrlər»-> «telefon»-> «diapazon» və şəbəkə tipi olaraq «Avto» seçmək.

Ətraflı məlumat üçün telefonunuzun istifadə qaydalarına baxın.


3G dəstəkləyən telefonun hazırda 3G şəbəkəsini istifadə etdiyini necə anlaya bilərəm?

Əksər telefon modelləri 3G şəbəkəsində olan zaman siqnal səviyyəsini göstərən indikatorun («anten») yanında "3G" işarəsi yaranır. Bu, o deməkdir ki, sizin telefonunuz hazırda 3G şəbəkəsindən istifadə edir. Sizin telefonunuzda 3G şəbəkəsinin istifadə olunmasının hansı şəkildə göstərildiyini bilmək istəyirsinizsə, telefonunuzun istifadə qaydalarına baxın.


Siqnalı necə yoxlamaq olar?

Siqnal səviyyəsinin göstərilməsi sizin telefonunuzun modelindən asılıdır. Çox vaxt bu, standart olaraq anten və 3G işarəsi şəklində olur.


Mənim telefonumda 3G funksiyası açıq olan zaman siqnal yoxdursa, nə etməli?

Yəqin ki, sizin ərazidə hələ şəbəkə əhatəsi yoxdur. Əgər daha əvvəl həmin ərazidə 3G xidmətindən istifadə etmisinizsə, Azercell Müştəri Xidmətlərinə müraciət edin.


3G şəbəkəsində zəng adi GSM şəbəkəsindəki zəngdən nə ilə fərqlənir?

Əhəmiyyətli fərqlər yoxdur. 3G şəbəkəsində səs siqnallarının keyfiyyəti daha yaxşı ola bilər, həmçinin video-zəng etmək olar.


Video-zəng funksiyasını necə aktivləşdirmək olar?

Bu funksiya sizin mobil telefonunuz 3G şəbəkəsini dəstəklədiyi və 3G əhatə dairəsində olduğu halda aktivləşdirilə bilər. Video-zəng üçün aşağıdakılar tələb olunur:

  1. Video zəng edən zaman telefon nömrəsini yığdıqdan sonra zəng tipini seçmək: səsli və ya video zəng.
  2. Başqa abonentdən video zəng gələn zaman həmin abonent ilə video zənglə danışmaq istəyirsinizsə, video-zəngi qəbul edin.


Video-zəngdən necə imtina etmək olar?

Video zəngi qəbul edərkən siz öz görüntünüzü həmsöhbətinizdən gizləyə bilərsiniz. Bu halda siz həmsöhbətinizi görəcəksiniz, o isə sizi görməyəcək.

Bu və digər imkanlar haqda ətraflı məlumat almaq üçün telefonunuzun istifadə qaydalarının «videozəng» bölməsinə baxın.


Başqa ölkədə yaşayan abonentə video zəng edə bilərəm?

Hal-hazırda bu, mümkün deyil. Video-zəng ancaq ölkədaxilindəki operatorların nömrələri üçün mümkündür.


Video-zəngin qiyməti neçədir?

Video zəngin qiyməti sizin istifadə etdiyiniz tarifdə olan səsli zəng qiyməti ilə eynidir.


Endirimli/hədiyyə verilmiş dəqiqələrin balansından video-zəng etmək olarmı?

Bəli.


Daxil olan zəngi video formatda yaddaşa qeyd etmək olarmı?

Telefonun funksiyalarından asılı olaraq, video-zəng xidmətindən istifadə edərkən video danışığı video formatda yazmaq, kameranı söndürmək və ya statik görüntünü göstərmək, ətrafınızda baş verənləri göstərmək üçün frontal kameradan əsas kameraya keçmək olar.


Zəng etdiyim abonent 3G əhatə dairəsində deyilsə və yaxud onun telefonu bu funksiyanı dəstəkləmirsə, nə baş verəcək?

3G əhatə dairəsində olmayan və ya telefonu bu funksiyanı dəstəkləməyən abonentə video-zəng edərkən həmin abonentə 3G əhatə dairəsində olmadığı və ya telefonunun bu funksiyanı dəstəkləmədiyi üçün video-zəngin mümkün olmayacağı barədə mesaj gələcək.


«Video-zəng» xidmətindən istifadə olunan zaman «İkinci xətt» xidmətindən istifadə mümkündürmü?

İstənilən an görüntünün ötürülməsini ləğv etmək və yenidən bərpa etmək olar. Video-zəng edərkən «İkinci xətt» xidməti mümkündür, beləliklə, siz ya ikinci zəngə cavab verə (bu zaman video zəng kəsiləcək), ya da ondan imtina edə bilərsiniz.


«Video-zəng» xidmətinin istifadəsindən imtina etmək olarmı?

Siz Azercell Müştəri Xidmətlərinə müraciət etməklə «Video-zəng» xidmətinin istifadəsindən imtina edə bilərsiniz.


Rominqdə 3G xidmətlərinin (genişzolaqlı İnternet, video-zəng, digər Azercell xidmətləri) istifadəsi mümkündürmü?

Telefonlarında 3G funksiyası olan Azercell abonentləri Azercell şirkətinin rominq partnyorlarının şəbəkələrində (3G standartını dəstəkləyən) qeydiyyatdan keçə və adi qaydada rominq xidmətindən istifadə edə bilərlər.

Rominq zamanı 3G şəbəkələrində İnternetdən istifadə edən zaman trafikin qiyməti məlumat ötürmə xidməti üzrə müəyyən edilmiş tariflərə əsasən təyin edilir.

Rominqdə 3G-nin olması seçdiyiniz rominq partnyorlarının imkanlarından asılıdır. Siz seçilən operatorun saytında 3G-nin olub-olmamasına dair məlumat əldə edə bilərsiniz.

Hal-hazırda rominqdə "video-zəng" xidməti təqdim edilmir.


Cihazlar